Kitabxanalarda innovasiyalar müasir texnologiyaların tətbiqi

 

Treninq iştirakçıları layihəyə görə təşəkkürlərini bildirirlər

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-22 aprel tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana işinin modernləşdirilməsi, kitabxanaların fəaliyyətinin optimallaşdırılması mövzusunda treninq keçirilib.

Kitabxanalar innovasiyalar müasir texnologiyaların tətbiqi şəraitindəmövzusunda treninqdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Polis Akademiyası Azərbaycan Dövlət Tibb Universiteti kitabxanalarının, Ağstafa, Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı, Sumqayıt, Siyəzən, Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax, Qax, Xaçmaz, Göyçay şəhər rayon kitabxanalarının əməkdaşları iştirak ediblər.

TreninqKompüterdə quraşdırma, sazlama, diaqnostika işləri”, “Mikrosoft Office paketinin proqramları elektron sənədlərlə işlənmə qaydaları”, “Fayllar üzrə əməliyyatlar”, “Portallar üçün kontentlərin hazırlanması yerləşdirilməsi qaydalarıkimi mövzuları əhatə edib.

Layihəyə qatılmış şəhər rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərindən redaksiyamıza daxil olan məktublarda treninqlərin əhəmiyyəti vurğulanır. Kitabxana əməkdaşları treninqlərin təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə nazirliyin Kitab dövriyyəsi sektoruna təşəkkürlərini bildirirlər.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 12.