Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə bağlı tədbirlər

 

Qusar rayon Mərkəzi kitabxanasında Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar yerli yazarların iştirakı ilə dəyirmi masa keçirilib. Yazarlar Məhbubə Ağayeva, Tahirə Laçın, Səmayə Haqqıqızı, Ceyhun Ağabəyov, Nadya Nəcəfova oxucuları yeni əsərləri ilə tanış ediblər. 4 saylı məktəbin şagirdləri və Çiləgir kənd kitabxanasının fəal oxucuları yerli yazarların şeirlərini söyləyiblər.

* * *

23 aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə X.İbrahimov adına istirahət parkında "Qarabağ üçün oxuyaq" mövzusunda tədbir keçirilib. Kür, Dəllər, Çinarlı qəsəbə və Düyərli kənd kitabxana filiallarında da mövzuya həsr olunan tədbirlər təşkil edilib.

* * *

Ağstafa rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət və Uşaq şöbələrinin, 1 saylı şəhər kitabxanasının təşəbbüsü ilə Heydər Əliyev və Səməd Vurğun parklarında əlamətdar günə həsr edilmiş sərgi təşkil olunub. Sərgidə Azərbaycan və dünya yazarlarının əsərləri, uşaq ədəbiyyatı və müxtəlif məzmunlu kitablar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 10.