Xalq şairinin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi ilə birgə Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Şairin də qatıldığı tədbirdə kitabxana filiallarının fəal oxucuları iştirak edib.

Tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan açaraq Fikrət Qocanın yaradıcılığından danışıb, müsabiqənin qaydaları haqqında məlumat verib.

Sonra oxucular şairin müxtəlif illərdə vətənpərvərlik ruhunda yazdığı şeirləri səsləndiriblər.

Xalq şairininyer aldığı münsiflər heyətinin qərarına əsasən Elçin Əliyev və Əli Həsənov I yerə, Könül HüseynovaRamazan Əsgərxanov II yerə, Gülarə Məlikrzayeva və Fatimə Abduləliyeva III yerə, Nərmin Əzizli, Zəhra Əliyeva, Şamxal Hüseynzadə və İlkin İbadov IV yerə layiq görülüblər. Birinci yerin sahibləri fəxri fərman, kitab və disklə təltif olunublar. Digər fərqlənənlərə şairin kitabları və fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, müsabiqənin qalibləri S.Vurğun adına S.Vurğun adına Mərkəzi kitabxana, Mərkəzi uşaq kitabxanası, Gənclər kitabxanası, 14 və 17 saylı kitabxana filiallarının oxucularıdır.

Şair Əşrəf Veysəlli çıxış edərək Fikrət Qoca haqqında xoş sözlər söyləyib. Sonda Xalq şairi keçdiyi həyat yolu, yaradıcılığı haqqında söhbət açıb, oxucuların suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2016.- 27 aprel,- S. 10