Sükutun səsi” kitabının təqdimatı keçirilib

 

Quba rayon MKS-nin, “Ay işığı” ədəbi məclisinin, “Şəfəq” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə şairə Sevinc Məmmədovanın yeni işıq üzü görən “Sükutun səsi” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Qusarçaylı Sevinc Məmmədovanı ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. “Xaqanipoeziya klubunun (Şabran) direktoru, AYB-nin üzvü Aybəniz Əliyar, “Ulduzlar” ədəbi məclisinin (Xaçmaz) sədri Fərzalı Ziyanur, şair Namiq Xınalıqlı çıxış edərək müəllifə xoş arzularını çatdırıblar.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 10.