Narkomaniyaya yox deyək”

 

Bərdə Turizm İnformasiya Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa təşkil olunub. Mərkəzin direktoru Hikmət Heydərov, rayon Polis Şöbəsinin narkomaniya ilə mübarizə qrupunun rəisi, polis mayoru Elçin Talıbov, Bərdə Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov, Bərdə İdarəetmə və Texnologiya Kollecinin məsləhətçisi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev və başqalarının çıxışları dinlənilib.

Qeyd olunub ki, bəşəriyyət üçün bəla olan narkomaniyaya qarşı cəmiyyətdə ardıcıl təbliğat işinin aparılması zəruridir. İştirakçılara Mədəniyyət və Turizm Şöbəsi, Turizm İnformasiya Mərkəzi və gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu üzvlərinin birgə hazırladıqları maarifləndirici nəşr paylanılıb.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 10.