“Azərbaycanın rolu BMT tərəfindən yüksək qiymətləndirilir"

 

Aprelin 25-də BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun birinci gününün yekununda mətbuat konfransı keçirildi.

 

Mətbuat konfransında çıxış edən Qlobal Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, beynəlxalq tədbirin ilk günü Gənclər Forumubiznes simpozium keçirilib. Müxtəlif ölkələrdən 6 minə yaxın gənc arasından seçilmiş 150 nəfər bu tədbirdə gənclərin inklüziv cəmiyyət quruculuğunda rolunu və iştirakını müzakirə ediblər.

Nazir vurğuladı ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycan paytaxtında keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətlərarası, dinlərarası dialoqa verilən töhfələrə beynəlxalq birliyin yüksək qiyməti, xalqımızın çoxəsrlik multikulturaltolerant mədəniyyətinin artıq dünyada bir nümunə, bir model kimi qəbul edilməsinin göstəricidir.

Qeyd olundu ki, ölkə başçısının 2015-ci il 24 iyul sərəncamı ilə yaradılan Forumun Təşkilat Komitəsi tərəfindən ötən müddətdə müvafiq işlər görülüb, Azərbaycanın mədəniyyətlərarası dialoqda yeri, Prezident İlham Əliyevin liderliyi ilə həm ölkə səviyyəsində, həm də beynəlxalq miqyasda həyata keçirilən multikulturalizm siyasəti, “Bakı Prosesi” barədə xarici ölkələrdə təqdimatlar keçirilib.

Nazir forum müddətində keçiriləcək tədbirlərin, görüşlərin əhəmiyyətindən söz açdı. Həmçinin vurğuladı ki, beynəlxalq tədbirdən sonra “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycana nə verdi?” mövzusunda KİV nümayəndələri arasında beynəlxalq müsabiqə elan ediləcək.

Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, forum müxtəlif fikirlərin və ideyaların öyrənilməsi və reallaşdırılması baxımından yaxşı platformadır və qarşılıqlı təcrübələrin öyrənilməsinə öz töhfəsini verəcək.

Bundan əvvəl iki dəfə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladan qonaq vurğuladı ki, bu tədbirlər Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoqa, tolerantlığa, multikultural dəyərlərə necə həssas yanaşdığını, təşviq etdiyini göstərir. Məhz görülən bu işlərin məntiqi davamıdır ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan edilib. Azərbaycanın bu istiqamətdə gördüyü işlər BMT və onun qurumları tərəfindən yüksək qiymətləndirilir.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 4.