Məşhur italiyalı müğənni ilk dəfə Bakıda konsert verib

 

Dünyaca məşhur müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib. Özünəməxsus tərzdə ifası ilə seçilən məşhur müğənninin “Baku Crystal Hallda keçirilən konsertiRerfettodünya turu çərçivəsində baş tutub.

Müğənni Bakı konsertində ən məşhur mahnılarını ifa edib. O, bildirib ki, ölkəmizə səfərindən və yeni auditoriya qarşısında çıxış etməkdən olduqca məmnundur. Hər zaman konsertlərində gözəl musiqiunikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib, populyar bəstələri ilə yanaşı, yeniRerfettoalbomuna daxil olan mahnılarını da səsləndirib. Müğənninin “Rerfettoalbomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasında daxil olub.

1963-cü ildə Romada anadan olan Eros Ramazzotti müğənni və bəstəkar kimi insanların qəlbini fəth edib. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Albomlarının çoxu italyanispan dillərindədir. Bu günədək onun 13 albomu işıq üzü görüb.

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 16.