Nöqsanlarımızın qüsursuz TABLOçusu

 

Möhtərəm “Molla Nəsrəddin” qələmçilərinin möhtəşəm fırçaçı qardaşı - Əzim Əzimzadə

 

O vaxtlar milli dərd-ələmlərimiz o dərəcədə çoxmuş ki, o möhtərəm qələmçilərimiz öz “izhari-nifrət”lərinə mürəkkəb çatdıra bilmirmişlər. O əngəl problemlər oxəntərə cəncəl-mürəkkəbmiş ki, hər birininsöz dili” ilə açmasına beş-on vərəq gərəkirmiş. Hələ başı yalnız “ev işi, paltar tikişi”, “əkin-ziraət” işlərinə qarışdırılmış “cəmi-cəmadət” əksərinin o yazıları hecalaya-“höccə”ləyə oxuması məsələsi!..

 

Deməli;

 

heç bir savad almadan, “a”-“b” tanımadan oxunangöz dili” - rəsm, rəssamlıq. Hər biri az qala bir romanlıq ayıb-eyiblərimizin faş qıfılını bir səhifədə aça bilən rəssam!

Belə bir dövrdə bütün halalzadələrin “millətnüma aynamız” deyə öydüyü, haramzadalarınsa “nə badə-nə badə Əzimzadə!” kimi nidalarla söydüyü Kərbəlayi Aslan oğlu Əbdüləzim çıxdı sənət meydanına...

Necə ki, babasının adını daşıyan bu Əbdüləzim (sonralar sadəcə Əzim) ailədə doğulan beş övladdan biri olaraq sağ qalmışdı, dövrünün rəssamlar ailəsindəki neçə-neçə əlifırçalılar içərisindən zəngin sənət tariximizdə də sağ, çağdaşları demişkən, “cağbacağ” qaldı...

Bu “sağlığı” (“tostu) davam edərək deyək ki, Əzimzadə bizim zirvə sənətzadəmiz, karikaturasatirik qrafika banimiz, ən mübhəm-müqəyyəd “ üz”ləri “çöl üz”lərə çıxaran korifeyimiz oldu...

bu çox yığcam sənəti öygüyə “uzunbir sənədi abzas:

1880-ci il aprelin 30-da Novxanı kəndində doğulmuş, uşaqlıqda qarşısıalınmaz rəsm ehtirasına görə mollaxanadan qovulduğundan, ibtidai təhsilini rus-tatar məktəbində almış, yaradıcılığı boyu Azərbaycan (Təbriz) miniatürrus rəssamlıq məktəbləri ənənələrindən bəhrələnmiş, peşəkar rəssamlığa “Molla Nəsrəddin” jurnalında başlayıb, digər məcmuələrdə də davam etdirmiş dəmir intizamlı, palıd bər-bədənli, polad xarakterli bir sənətkarın “böyük yaradıcılıq irsiavtoportret tablosuna dövrünün məşhur poemalarından birindəki “Bakının dərdi var, - Bakı xəstədir” misrası pəncərəsindən baxsaq, -

 

Əzimzadə ustad bir təbib...

 

Çox dövrlərdə olduğu kimi, o vaxtların sənətkarları da millətin “mentalitet xəstəlikləri”nə təbiblik edirdilər. Olmayan “səhiyyə nazirliyi” missiyasını yerinə yetirən mətbu vasitələr (xüsusən “Molla Nəsrəddin”!) o vaxtlarkı Bakı, Azərbaycan, hətta Yaxın Şərq mər-mərəzinin sər-səhhəti keşiyində idilər. Ədiblər hər şeyi qələm-dəftərə, rəssamlar fırça-kağıza alırdılar. Birincilər “interyer” təzadlarını, ikincilər “fasad” fəsadlarını. Biri-birindən maraqlı və vacib olan bu mənəvi inşaatın hər ikisi xalqın ədəbiyyat və incəsənət səfinə qoşulur, nəticə etibarilə milli mədəniyyət nəfinə işləyirdi. Ancaq həm də bir fərqlə; qələmlilər çox, firça-karandaşlılar isə “barmaq hesabı”ndan da az. Ancaq buazlardan biri - məhz Əzim Əzimzadə oplandan əlavə” çoxluqdakıların “Bənzərəm bir qocaman dağa ki, - dəryadə durar!” deyən dahi müəlliflərinə bab! Elə ali təhsil-tədrislə yox, “təbii seçmə üsulu ilə” yetişsə də, bu sahə üzrə dünya nəhənglərinə də bərabər!..

O çağlarkı sir-sifətimizdəki fizioloji-psixoloji qüsurları güzgülərdən təmiz, təbiblərdən dəqiq, psixoloqlardan fəhmi görüb-göstərmiş bu qüdrətli sanitar-sənətkarın baş mövzusu sosial təzadlar, xalqını geri çəkən adətlər, məişət-məşğuliyyət “muşqulat”ları...

O öz bənzərsiz şəkillərilə, zaman-zaman müxtəlif səbəblərdən sahibsiz uşaq kimi başsız qalan xalqımızın mental tərbiyəsinə işləmiş mənfilikləri elə bu xalqın özünə güldürürdü; gah kəskin kinayə, gah tər-təbəssümlü yumor, gah da yumşaqca istehzalarla...

Həm də əsil ovçu fəhmilə; bəlirlədiyi mövzuları ecazanə işləmələrilə. Karikaturalarına qoyduğu kolorital, dadlı-duzlu adlarla: “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar”, “Köhnə Bakı tipləri”, “100 tip”...

Hələ bu mükəmməl karandaş sahibinin öz möhtəşəm qələm çağdaşının “Hophopnamə”sinə çəkdiyi (və bununla da kitab qrafikası sənətimizin əsasını qoyduğu) illüstrasiyalar, teatrlarçün geyim eskizləri, tamaşalarçün dekorasiyalar...

1920-ci ildən 1943-ə (ömrünün sonunadək) Azərbaycan Rəssamlıq Texnikumunda tələbələrinə ata nəvazişli müəllim, 1932-dən 1937-yə qədər dədə-baba qayğılı direktor işləməsi, əsərlərinin bir sıra dünya muzeylərində nümayiş etdirilməsi...

Mən bu saysız-hesabsız faktları sayıb-sadalamaqdan “yoruldumsa, deməli, hörmətli oxucularım da mütaliədən təntidilər. İndi görün, o mürəkkəb zəmanədə bu qədər işlər görüb, bu miqdar şəkillər çəkmiş bu rəhmətliyin özü nələr çəkmiş!

bu azman sənətkarın hamıdan (təbii ki, Allahdan, hansısa bir ordu komandirindən və kiçik qızından savayı) gizli saxladığı bapbalaca bir “kağız”dan çəkdiyi böyük bir dərd barədə -

 

Kiçikbir hekayət...

 

Bu ailənin üç oğlunun üçü də cəbhəyə gedir. Valideynlər “sağ-salamatçılıq” ümidində, cəbhədənsə həyəcanlı xəbərlər gəlmədə...

Həmin günlər bu atanın sevimli tələbəsi Mikayıl Abdullayevə də çağırış vərəqi gəlir. Oğlanlarından, heç olmasa, birinin saxlanılması üçün, xətrini çox əziz tutan Mircəfər Bağırova ağız açmayan bu ata bu istedadlı tələbəsini müharibənin “havayı güllə”sindən xilas etməkçün ona zəng çalır: “Mikayıl Abdullayev gələcəyi olan gənc rəssamdır, deyir - xahiş edirəm, onun saxlanılmasına kömək edəsiniz”.

M.Bağırov sənətkarın sözünü yerə salmır və sonraların ünlü rəssamı M.Abdullayev müharibəyə aparılmır.

...O bir səhər hiss edir ki, kiçik qızı Zəhra qapının ağzında dayanıb - əlində də üçkünc bir məktub!

bu hekayətin də ərzi nağıl dili kimi yüyrək: “Oğlunuz Lətif Əzimzadə Kerç uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”...

“Anan bilməsin, qızım... Ona deməməliyik. Səriyyə bu dərdə dözə bilməz”...

Atanın heçağlamada deyə bilmədiyi qızcığaz otaqdan çıxır, bir neçə həftə sonra bu dünyadan çıxıb gedəsi Əzim Əzimzadə isə saatlarla oturduğu stuldan qalxa, günlərlə evdən bayıra çıxa bilmir...

Həmin günlər uzaq çöllərdən keçib bu evə tələsən birisi varmış...

Həmin o “qara kağızsəbəbilə, bir müddət sonra (M.C.Bağırovun xüsusi göstərişilə) döyüşən cəbhədən buraxılan, lakin uzun yollarda xeyli ləngiyən, atasını sağ-salamat görməyəcəyi qorxusuna binaən ümidini qoruyub-saxlamaqçün bəd fikirləri başından qova-qova gəlib məhəllələrinə çatan ... adamların axın-axın onların evinə tərəf getdiyini görən ortancıl oğul Həbib bir qadını saxlayıb, təşviş dolu baxışlarla soruşur:

- Deməzsiz ki mənə... atam vəfat eləyib?..

Gözləri yaşlı, görkəmi kədərli qadın:

- Sənin atan olub-olmadığını bilmirəm, bildiyim budu ki, “Azərbaycanın güzgüsüdeyilən Əzim Əzimzadə vəfat edib...

...Bu bənzərsiz fırça dahisindən qədər yazsaq da, əsl portretini yaratmaq müşkül. Bəs, məlum bir mahnı sözü olmasın, neyləməli? Bəlkə, biri onun sağlığında, o biri yoxluğunda yaşamış iki məşhur şairimizin hərəsindən bir beyt söləməli? Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaqXətainin qılıncını suvardım, - Məmməd Araz karandaşı göyərdi!”

Bu beytlərlə demək istədim ki, kainat olduqca Əzim Əzimzadə imzalı əsərlər duracaq indiyədək onun ustad karandaşı ilə göyərib özlərinin özəl-gözəl sənət bağ-bağatlarını yaratmışların sayları kimi, sanbalları da artacaq...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 12.