Yeni bədii film çəkilir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Üç günbir ömür” adlı tammetrajlı bədii filmin çəkilişləri başlanıb.

Kinostudiyadan bildirilib ki, doğma rayonu işğal edilərkən həbsxanada olan filmin qəhrəmanı azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır. Psixoloji dram janrında çəkilən filmin quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar.

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 10.