ölümə qarşı birləşək ”

 

Aprelin 27-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “ ölümə qarşı birləşək” adlı tədbir keçirildi. Muzeyin direktoru Sevinc Mikayılova tədbiri açaraq bildirdi ki, narkomaniya ümumbəşəri bəladır. Narkotikdən asılılıq QİÇS kimi ağır xəstəliklərin yayılmasına da səbəb olur. İnsan bu bəlaya düçar olandan sonra ümidləri, arzu və istəkləri, yaşamaq həvəsi gündən-günə sönür. Ona qarşı mübarizə aparmaq o qədərdə asan deyil. Bunun üçün bütün cəmiyyət səfərbər olmalıdır.

Qeyd olundu ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunanNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən müvafiq işlər görülür. Bu ümumbəşəri bəlaya qarşı birgə mübarizədə mədəniyyət müəssisələrinin üzərinə böyük işlər düşür. Gənclərimizin bu mövzuda maarifləndirilməsi üçün bütün səy və bacarıqlarımızı birləşdirməliyik.

Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvanə Məmmədova və baş tibb bacısı Solmaz Əhmədova narkomaniyaya qarşı maarifləndirmə və mübarizə mövzusunda çıxış etdilər.

Bildirdilər ki, narkomaniya insanı şüurlu olaraq ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar - qaraciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına rəvac verir.

Çıxışlardan sonra mövzu ilə bağlı muzey tərəfindən hazırlanan video-çarxlar nümayiş olundu. Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyətindən bir qrup iştirak edirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 7.