Bölgələrdən xəbərlər

 

Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi münasibətilə “Vurğun qəlbimizdədir” mövzusunda poeziya gecəsi keçirilib.

Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova, əməkdar müəllim M.Əsədova, MKS-nin direktoru S.Mikayılova görkəmli söz ustadının həyat və yaradıcılığından söz açıblar. H.Babayev adına şəhər 1 saylı məktəbin III və V sinif şagirdləri ölməz şairin Vətənə, uşaqlara həsr etdiyi şeirlərini söyləyiblər. Şairin öz ifasında səsləndirilən şeirlərdən ibarət video-çarx maraqla qarşılanıb. Sonda tədbir iştirakçıları “Şair, nə tez qocaldın sən?” başlıqlı sərgiyə baxıblar.

* * *

Sabirabad rayon MKS-nin Mərkəzi kitabxanasında Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin dəstəyi ilə gənclərə mədəni irsin təbliğinə həsr olunmuş tədbir keçirilib.

MKS-nin direktoru E.Urufov gənclərin kitabxanalara cəlbi istiqamətində həyata keçirilən işlərdən danışıb. İctimai birliyinin rəhbəri Vüsal Əhmədov gənclərin kitabxanaya cəlbinə, onlarda hərbi-vətənpərvərlik hissinin gücləndirilməsinə, müxtəlif təbliğat işlərinin həyata keçirilməsinə dəstək verilməsinin əhəmiyyətini vurğulayıb. MKS-nin direktor müavini N.Salmanova, Oxuculara xidmət şöbəsinin müdiri Z.Kərimova və başqaları gənclərdə kitaba sevginin aşılanması məqsədilə təkliflərini səsləndiriblər.

* * *

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada “Mədəni tolerantlıq” mövzusunda oxucu konfransı təşkil olunub. Xidmət şöbəsinin müdiri T.Abbasova tədbirin “Multikulturalizm ili” çərçivəsində keçirildiyini bildirib.

Şəhər İcra Hakimiyyəti İctimai-siyasihumanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev, MKS-nin direktoru Etibarə Babayeva, 10 saylı məktəbin tarix müəllimi Yeganə Bədəlova, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, oxu zalının müdiri Gülnar Bağırova mövzu ilə bağlı çıxış ediblər. Sonda “Azərbaycanda multikultralizmmövzusunda video-çarx nümayiş olunub.

* * *

Gəncə Musiqi Kollecində türkiyəli sənətçilər - santur musiqi alətinin mahir ifaçısı Sedat Anar və qavalçı Selahettin Anar ilə görüş keçirilib. Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilən görüşdə kollecin direktoru Gülçin Mirzəyeva qonaqları salamlayaraq tədris ocağı haqqında məlumat verib.

Kollecin “Qədim alətlər ansamblı” türkiyəli sənətçilər və qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib. Daha sonra türkiyəli sənətçilər santurqavalda gözəl musiqilər səsləndiriblər.

 

Mədəniyyət.-  2016.- 29 aprel.- S. 7.