Uşaq yazıçısı ilə görüşkitab təqdimatı

 

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda uşaq yazarı Gülzar İbrahimova ilə görüş keçirilib. Görüşdə müəllifin vətənpərvərlik ruhunda yazılan hekayələri və nağılları haqqında söhbət açılıb, nümunələr dinlənilib.

Oxucuların suallarını cavablandıran yazıçı bildirib ki, nə qədər ki əlim qələm tutur, ermənilərin Azərbaycan xalqının başına açdığı bəlaları yazıb, müxtəlif dillərdə yayımlayacağam. Məqsədim isə hər bir xalqa ermənilərin bu xislətini daha yaxından tanıtmaqdır”.

* * *

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada Mədəniyyət və Turizm İdarəsi və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə özbək şairəsi Saxlo Kasumovanın tərcüməsi ilə çap olunanDuşa” almanaxının təqdimatı təşkil olunub. Azərbaycana xüsusi sevgisi olduğunu bildirən Saxlo Kasumova şeirlərindən örnəklər oxuyub.

Tədbirdə iştirak edən qələm sahibləri - Sabir Sarvan, Rafiq Oday, Süleyman Hüseynov, Qüdrət Muğanlı, Rəhman Orxan və başqaları Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 7.