Acı həyat hekayələrinin bədii təsviri

 

Miqrantlar probleminin timsalında

 

Forum çərçivəsində keçirilən bölmə iclaslarından biriBöhran dövründə hesabatvermə: yaradıcı hekayələr vasitəsilə miqrant həyatından bəhs edən hadisələrin nəqlimövzusuna həsr olunmuşdu.

İclasın moderatoru, “The Haitian Times” qəzetinin baş redaktoru xanım Vania Andre bildirdi ki, miqrantlara başlarına gələnləri ictimaiyyətə çatdırmaq üçün şərait yaradılmalıdır. Bunun üçün onların acınacaqlı həyatından bəhs edən filmlərin çəkilməsi, əsərlərin yazılması, sərgilərin təşkili, eləcə hər bir miqrantın insanlar qarşısında danışması ən təsirli vasitədir.

“Cast From the Storm”un direktoru David Mason isə miqrant uşaqlarının həyatı haqqında çəkdiyi filmlərdən danışdı. Qeyd etdi ki, bu uşaqların gələcəyini düşünmək lazımdır. Çünki onlar milyonlarla insanları təmsil edirlər.

Fotoqraf Colin Boyd Shafer Toronto şəhərində əhalinin 50 faizini miqrantların təşkil etdiyini bildirdi Kanadada onlar üçün yaradılan imkanlardan bəhs etdi. Vurğuladı ki, miqrantların həyatını əks etdirən film fotolar reallığa söykənməlidir.

“EXPO Collektive”nin qurucusu Christina Elizabeth Rodrigez, rəssam Tania Bruguera isə miqrant həyatından bəhs edən hadisələrin ictimaiyyətə çatdırılmasında sərgilərin əhəmiyyətini qeyd etdilər.

Çıxışlarda bildirildi ki, miqrantlar getdikləri ölkələrin siyasi həyatından təcrid olunublar onların siyasi hüquqlarının təmin edilməsi vacib şərtlərdəndir.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 7.