Azərbaycana səyahət etməyi planlaşdırırıq”

 

Fransanın Kann şəhərində təşkil olunan sərgilər ziyarətçilərdə ölkəmizə böyük maraq yaradıb

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər keçirilib.

Kannın Festivallar sarayında iyulun 31-dək davam edən sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilib.

Azərbaycana aid daha bir sərgi “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihədə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və ölkəmizdə yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi böyük maraqla qarşılanıb. Fotolarfilm Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən fotovideomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələr nəql edirlər.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel QratakaJan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.

Fransalı fotoqraf Jan-Fransua Rozye deyib: “Mən 45 ildir ki, fotoqrafam. Gəncə Qəbələdə gördüyüm təbii zənginlik məni heyran etdi - dağlar, gözəl peyzaj. İnsanlar da çox istiqanlıdırlar. Azərbaycanda, onun bölgələrində multikulturalizmin, müxtəlif dinlərdən, mədəniyyətlərdən olan insanların birgəyaşayışının şahidi oldum. Bu multikulturalizm ənənəsi Gəncədə çəkilən şəkildə daha aydın əks olunub”.

Azərbaycanla bağlı sərgilərə Kann sakinləri şəhərdəki turistlər böyük maraq göstərib.

Sərgi ilə tanış olan Jan-Pyer Jakob deyib: “Bu sərgilər bizə Azərbaycan haqqında ətraflı məlumat verir, ölkəni yaxından tanımağa kömək edir. Azərbaycanı neçə ildir ki, Kann şəhərində təşkil olunan sərgilər, göstərilən filmlər sayəsində yaxından tanımağa başlamışam. Azərbaycanın təbiətini əks etdirən şəkillər çox xoşuma gəldi. Ötən il Azərbaycanla bağlı sərgidə bizə ölkə haqqında çoxlu kitablar hədiyyə edilmişdi. Mən onların hamısını oxudum. Azərbaycanı tanıdığım digər Şərq ölkələri ilə müqayisə etmək imkanım oldu. Bu ölkənin özünəməxsus xüsusiyyətləri var. Burada təşkil olunan sərgilər, hədiyyə edilən kitablar məndə həyat yoldaşımla birlikdə ölkənizə səyahət etmək istəyi oyatdı. Biz yaxın zamanda Azərbaycana səyahət etməyi planlaşdırırıq”.

Kannda Azərbaycanla bağlı təşkil olunan mədəni tədbirlər diqqətimi cəlb etdi. Burada hədiyyə edilən kitablardan daha çox məlumat əldə edirik. Ölkənin təbii gözəlliyinə vuruluruq”, - bu sözləri isə xanım Leopoldin deyib. O, Azərbaycandakı tolerantlıqdan bəhs edən filmi maraqla izlədiyini bildirib: “Ötən il Kanndan qayıdandan sonra Parisdə səyahət agentliyinə müraciət etdim Azərbaycana səfər təşkil olunması ilə maraqlandım. Azərbaycana getməyi çox istəyirəm”.

Sərgini ziyarət edən Toma adlı başqa bir xanım da təəssüratını bölüşüb: “Belə sərgilər ölkəni yaxından tanımaq üçün əla fürsət yaradır. Nümayiş olunan film vasitəsilə ölkənizdə multikulturalizmin hökm sürdüyünün, müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayışının şahidi oluruq. Gəncədə olan qədim binaların hiperfotosu daha çox xoşuma gəldi”.

 

Mədəniyyət.- 2016.- 3-5 avqust.- S. 7.