İstedad sorağında-2” müsabiqəsinə qeydiyyat başa çatıb

 

 

Xəbər verdiyimiz kimi, Bakıdakı Xətai Sənət Mərkəzi təsviri incəsənət sahəsində istedadların üzə çıxarılması məqsədilə “İstedad sorağında-2” adlı gənclər arasında respublika rəsm müsabiqəsi keçirir. Mərkəzdən verilən məlumata görə, müsabiqə üçün işlərin qəbulu başa çatıb. Avqustun 18-də müsabiqənin yekun nəticələri açıqlanacaq.

Xatırladaq ki, müsabiqənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.3.