Qaxın tarixi məkanları əcnəbi tələbələrdə xoş təəssürat yaradıb

 

 

Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyinin (AEGEE-Bakı) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyiLets Add Ventures to Adventures” adlı beynəlxalq “yay universitetinin iştirakçıları Qax rayonuna səfərlərindən çox məmnun qalıblar.

Layihənin məqsədi xarici ölkələrdən gələn tələbələri Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, onlara Azərbaycan reallıqları barədə dolğun məlumatlar çatdırmaqdır. Polşa, İspaniya, Rumıniya, İtaliya, Rusiya, Fransa, İngiltərə, Macarıstan və Hollandiyadan gələn tələbələr rayonun görməli yerlərini gəzib, İlisu və Ləkit kəndlərində yerləşən qədim tarixi abidələrə baş çəkib, təbiət qoynunda dincəliblər. Qaxın tarixi məkanları ilə tanışlıq layihə iştirakçılarında xoş təəssürat yaradıb.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.4.