“O mənimdir” tamaşasının premyerası

 

 

M.Teatr” növbəti tamaşasını təqdim edib

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində “O mənimdir” adlı tamaşanın premyerası olub. Səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) tamaşaçılarla növbəti görüşüdür. Yuğ Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin fransız yazıçısı Antuan de-Sent EkzüperininBalaca şahzadə” əsəri əsasında səhnələşdirdiyi tamaşada rolları aktyorlar Ziya Ağa, Günay Əhməd, Nigar İsayeva, Elgün Həmidov, Oktay Mehdiyev, Amid Qasımov və Vüqar Hacıyev ifa ediblər.

Tamaşanın bədii rəhbəri Əməkdar artist Vidadi Həsənovdur.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.5.