“Retro Bakılayihəsində daha bir konsert proqramı

 

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin mədəni tədbirlərin təşkili yaradıcı gənclərlə üzrə mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakılayihəsinin konsertləri davam edir.

İdarədən bildirilib ki, ötən həftəsonu təşkil edilən konsertdə tanınmış müğənni Yaqut Babayeva, gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” instrumental ansamblı “Azad” rəqs qrupu rəngarəng ifaları ilə paytaxt sakinlərinin şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Oktyabr ayınadək davam edəcək layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaq və paytaxt sakinlərinin asudə vaxtının səmərəli keçməsinə nail olmaqdır. Layihə çərçivəsində hər şənbə və bazar günü axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları təşkil olunur.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.5.