Azərbaycan Memarlar İttifaqının üzvü Fazil Məmmədov dünyasını dəyişib

 

 

2016-cı il avqustun 12-də memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Fazil Məmmədov 1949-cu il aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Uzun illər müxtəlif rəhbər vəzifələrdə, bir neçə il Mədəniyyət Turizm Nazirliyinin Mədəni irs şöbəsində çalışmışdır. Fazil Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.

Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi kollektivi nazirliyin sabiq əməkdaşı Fazil Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.6.