Xalq şairlərinin xatirəsinə kitab sərgiləri

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi Söhrab Tahirin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab sərgisi təşkil edilib. Sərgidə ədibin şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub.

Milli Kitabxanada təşkil olunan daha bir kitab sərgisi çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin 90 illiyinə həsr olunub.

Sərgidə şairinSeçilmiş əsərləri”, “Adsız bulaqlar”, “Qoy danışsın təbiət”, “Təmizlik”, “Rübailər”, “Gülləbaran eylədilər”, “Ömür həbləri”, “Nəsimi” və digər kitabları nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.6.