Şəkiyə gələn turistlər atla gəzintiyə maraq göstərirlər

 

 

Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzən yerlixarici turistlərə bu yay mövsümünün başlanğıcından yeni xidmət növü - atla gəzinti də təklif olunur.

Mədəniyyət və Turizm şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə layihəsi Şəkiyə gələn turistlər tərəfindən maraqla qarşılanır.

Turistlərə at üstündə gəzməyi Atçılıq mərkəzinin təcrübəli məsləhətçiləri öyrədir.

At təlimatçısı Maşallah Namazovun bildirdiyinə görə, atla gəzinti çox faydalı istirahət növüdür. Şənbə və bazar günləri müraciət edənlərin sayı daha çox olur. Turistlər əvvəlcə at minməyin ilkin vərdişlərinə yiyələnir, daha sonra təlimatçıların köməyi ilə qoruğun ərazisini gəzirlər.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.9.