Bölgələrdə “Açıq kitabxana” layihəsi və səyyar kitabxana xidməti

 

 

Quba Turizm İnformasiya Mərkəzi və MKS-nin Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən “Terrace” istirahət mərkəzində növbəti səyyar kitabxana xidməti təşkil olunub. Kitab sərgisi rayon sakinləri, yerlixarici turistlər tərəfindən maraqla qarşılanıb.

Aksiyanın hər həftənin sonunda müxtəlif istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur.

 

* * *

Ağstafa rayon Mərkəzi kitabxanası tərəfindən şəhərin Heydər Əliyev prospektində “Mütaliə həftəsi” çərçivəsində müxtəlif mövzularda kitab sərgiləri təşkil edilib. Sərgilərdə 900-ə yaxın Azərbaycan ədəbiyyatı, 8 adda qəzet, jurnalxeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim olunub.

MKS-nin direktoru İ.Namazova çıxış edərək tədbirin məqsədindən danışıb. Sərgi zamanı bir qrup oxucu kitabxanaya üzv olub.

 

* * *

Şamaxı rayon MKS-nin Mərkəzi kitabxanası və Şərədil kənd kitabxana filialı “Şamaxı Palace” hotelində növbəti səyyar kitabxana xidməti təşkil edib.

Turistlər “Azərbaycan tarixi”, “2016-cı il Multikulturalizm ilidir”, “Uşaq ədəbiyyatı”, “Şamaxı şairlər vətənidir”, “Şamaxı gözəlliklər diyarıdır” və elektron nəşrlərdən ibarət “Danışan kitablar” başlıqlı sərgilərlə tanış olaraq xidmətdən yararlanıblar.

 

* * *

Tərtər rayon MKS-nin Uşaq şöbəsi “Yay məktəbi” layihəsi çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı “Kitabları sevək” devizi altında tədbir keçirib. Müxtəlif yaş qrupundan uşaqlar kitabxanaya üzv olublar. Balacalar üçün yaradılmış “Nağıl otağı” xüsusi maraqla qarşılanıb. Uşaqlara nağıllar oxunub, “Ən məlumatlı gənc”, “Ən çox mütaliə edən yeniyetmə” nominasiyaları üzrə keçirilən müsabiqədə fərqlənənlərə hədiyyələr verilib.

MKS-nin Şəhər kitabxanası M.Ə.Sabir adına istirahət parkında “Mütaliə edək” devizi altında səyyar kitabxana xidməti təşkil edib. Sərgidə müxtəlif elm sahələrinə aid kitablar nümayiş olunub.

 

* * *

Mədəniyyət və Turizm NazirliyininMilli Kitabxananın birgə təşəbbüsü ilə həyata keçirilən “Açıq kitabxana” layihəsinə qoşulan Zərdab rayon Mərkəzi kitabxanası açıq kitabxana təşkil edib.

MKS-nin direktoru Nailə Əliyeva belə tədbirlərin gənclərdə kitaba marağın daha da artırılmasında rolunu vurğulayıb. Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edən Kəmaləddin Sarıyev, rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Xəyalə Veyisova layihəni yüksək qiymətləndiriblər. Tədbirdə 400-ə yaxın kitabjurnal, elektron nəşrlər təqdim edilib. 20-yə yaxın iştirakçı kitabxanaya üzv yazılıb.

 

* * *

Qazax rayon MKS-nin Qaymaqlı kənd kitabxana filialı kəndin mərkəzində əhaliyə səyyar kitabxana xidməti göstərib. Sərgidə aktual mövzularda kitablar nümayiş etdirilib. Poeziya həvəskarları Səməd Vurğun, Nəriman Həsənzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli və başqa görkəmli şairlərin şeirlərini oxuyublar. Sakinlər göstərilən xidmət üçün minnətdarlıqlarını bildiriblər.

Rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Qazax şəhərindəki Heydər Əliyev adına parkda “Açıq kitabxana” layihəsi çərçivəsində “Mütaliə həftəsi” keçirilib. MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, tədbirin keçirilməsində məqsəd əhalinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Tədbirdə kiçikyaşlı uşaqlar üçün “Nağıl saatı” təşkil edilib və körpə fidanlarSehrli dünya” jurnalı vasitəsilə nağıl qəhrəmanları ilə tanış olublar.

 

* * *

Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev adına parkda səyyar kitabxana xidməti təşkil edilib. Tədbirin məqsədi rayon sakinlərinin istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği və kitabxanalara daha çox oxucu cəlb edilməsidir. Xidmət zamanı müxtəlif kateqoriyalardan olan kitablar nümayiş olunub.

 

* * *

Hacıqabul rayon MKS-nin Mərkəzi kitabxanası və kitabxana filiallarında da yay məktəbi, səyyar kitabxana, mütaliə həftələri təşkil olunub. Mərkəzi kitabxananın Uşaq şöbəsində bu məqsədlə “Nağıl otağı” yaradılıb, eyni zamanda şəhərin “Lalə”, “Fidanlar”, “Gündüzuşaq bağçalarında nağılların ucadan oxusu, nağıl saatları keçirilib. “Uşaqlar bizim gələcəyimizdir”, “Uşaqlar dünyanın sevincidir”, “Bir günəşin zərrəsiyik” başlıqlı sərgilər maraqla qarşılanıb.

 

* * *

Xızı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə şəhərdəki Heydər Əliyev parkında “Açıq kitabxana” layihəsi üzrə sərgi təşkil edilib. Oxuculara açıq havada kitabları oxumaqkitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. Bir həftə ərzində davam edəcək aksiya çərçivəsində oxuculara 3 minə yaxın kitab təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.11.