Şamaxıda həvəskar rəssamların sərgisi

 

 

Şamaxı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev parkında həvəskar rəssamların əl işlərindən ibarət sərgi açılıb.

Rəsm qalereyasının direktoru Sədaqət Xələfova sərgi haqqında məlumat verib. Bildirilib ki, nümayiş olunan əsərlər sulu boya, kətan üzərində yağlı boya ilə işlənib. Sərgi çərçivəsində yerli rəssamlar Vahid Əzizov, Bəybala Qarayev fırça həvəskarlarına ustad dərsləri keçiblər.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.11.