Türkdilli ölkələrin gənc istedadları Avropa turunda

 

 

TÜRKSOY Gənclik Kamera Orkestrinin konsertlərindən sonra qurumun Gənclik Kamera Xoru Almaniyada musiqi festivalına qatılıb

 

Ötən saylarımızda türk dünyasının fərqli ölkələrindən seçilmiş istedadlı ifaçılardan ibarət TÜRKSOY Gənclik Kamera Orkestrinin Böyük Britaniyada konsertləri barədə məlumat vermişdik. “Avrasiyanın səsləri” adlı konsertlər silsiləsi postsovet məkanının beş türk respublikasının - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunub.

 

Avropa turuna Oksfordda başlayıb London, EdinburqQlazqoda davam edən orkestr daha sonra klassik musiqinin vətəni sayılan İtaliyada konsertlər verib. Avqustun 1-də Forli şəhərində, avqustun 3-də Pesaro şəhərində iki konsert gerçəkləşdirən kollektiv italyan dinləyicilərin böyük sevgisini qazanıb.

Bunun ardınca isə türkdilli ölkələrin gənc istedadlarından ibarət daha bir kollektiv - TÜRKSOY Gənclik Kamera Xorunun 1-9 avqustda Almaniyanın Bayroyt (Bayreuth) şəhərində təşkil olunan 66-cı Bayroyt Gənc Sənətçilər Musiqi Festivalında iştirak edib. Məşhur bəstəkar Rixard Vaqnerin şəhərində gerçəkləşən və dünyanın ən nüfuzlu festivallarından sayılan musiqi bayramına qatılan kollektiv Almaniyada ümumilikdə 10 konsert verib.

Turne çərçivəsində ilk konsert Bayroytda "Das Zentrum" səhnəsində verilibalman sənətsevərlərinin böyük marağına səbəb olub. Konserti Türkiyənin Nürnberq konsulu Yavuz Kül, Türkiyənin Almaniyadakı səfirliyinin məsləhətçisi Ufuk Gəzər, Tailand şahzadəsinin qızı Xun Ploypailinbaşqa nüfuzlu qonaqlar izləyib. Konsertdən sonra qonaqlar gənclərlə şəxsən görüşüb xatirə fotoları çəkdiriblər.

Avqustun 2-də TÜRKSOY Gənclik Kamera Xoru Bayroyt şəhərindəki kilsədə konsert verib. Türkalman sənətsevərlərinin böyük maraq göstərdiyi konsertdə Bayroyt festivalının rəhbəri Elizabet Tammer çıxış edərək kollektiv barədə yüksək fikirlər söyləyib: "TÜRKSOY Gənclik Kamera Xoru harmoniyanı bizlərə ən üst səviyyədə yaşadan bir kollektivdir. Müstəqilliklərinin 25 ilini qeyd edən ölkələrdən olan bu gənclər yaşadıqları coğrafiyadakı sənətin, mədəniyyətin ən gözəl örnəklərini bizlərə çatdırdılar. Buna görə ürəkdən təşəkkür edirəm".

3 avqustda isə bölgənin ən qədim dini məbədi olan Spenşart Klosterhof kilsəsində konsert baş tutub.

Növbəti konsert Bayroyt şəhərindən 100 km aralıda, Koburq şəhərində gerçəkləşib. Koburq Bələdiyyəsinin himayəsi ilə gerçəkləşən konsertə bir çox sənətsevərlər qatılıblar. Şəhər bələdiyyə başçısı Elke Protzman çıxış edib: "Bu gün burda dinlədiyimiz sənət çox üst səviyyənin nümunəsidir. Türk mədəniyyətini belə möhtəşəm şəkildə təqdim edən xor üzvlərinə və bu gözəlliyi şəhərimizə gətirən TÜRKSOY rəhbəri Düsen Kaseinova təşəkkürlərimi bildirirəm".

Elke Protzman xor üzvlərinə və TÜRKSOY baş katibinə hədiyyələr təqdim edib.

7 avqustda Gənclik Kamera Xoru Forşeym şəhərində açıq havada konsert verib.

9 avqust tarixində isə turnenin son konserti verilib. Festivalın bağlanış mərasimində uğurla çıxış edən xor tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Mərasimdə çıxış edən Düsen Kaseinov festivalın təşkilatçılarına təşəkkürlərini bildirib: "Bu gün burada olmaq mənim üçün çox önəmli sevindiricidir. Bayroyt Gənc Sənətçilər Musiqi Festivalının anlamı, dəyəri çox böyükdür. İlk dəfə bu festivala 1993-cü ildə qatılmışdım. O vaxt bura Qazaxıstandan bir xor gətirmişdim. Daha sonralar 1994, 1995, 1996-cı illərdə türk dünyasının ən yaxşı sənətçilərinin bu festivala qatılmasına yardımçı oldum. 23 il öncə rektor olarkən bura gətirdiyim gənclər indi böyük şöhrət nüfuz sahibidirlər. Ona görə bu festivalın mənim üçün ayrı xüsusi önəmi var. Bu gün TÜRKSOY Gənclik Kamera Xorunu sizlərlə görüşdürməkdən, üzvümüz olan ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə Türkmənistandan gələn sənətçilərin ifalarını Avropa tamaşaçısına təqdim etməkdən çox məmnun xoşbəxtəm. Bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan müstəqilliklərinin 25 ilini qeyd edir. Ona görə 2016-cı il bizim üçün çox mühüm ildir. Bütün uğurlarımızı 25 illik müstəqilliyə ithaf edirik".

Daha sonra D.Kaseinov festivalın rəhbəri Elizabet Tammerə TÜRKSOY-un xatirə medalını təqdim edib. Digər qonaqlara da TÜRKSOY hədiyyələri təqdim olunub. Qeyd edək ki, Gənclik Kamera Xoru festivala qatılan digər xorlarla birgə “International Harmony” layihəsinə qoşularaq konsertlərini davam etdirir.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.