Kənd turizminin inkişafında gənclərin rolu

 

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləGənclər Turizmiİctimai Birliyi tərəfindənKənd turizminin inkişafında gənclərin rolunun artırılmasıadlı layihə həyata keçirilib. Layihə üzrə avqustun 10-dan 16-dək Qax, İsmayıllı, Şəki Qəbələ rayonlarının 10-dan çox kəndində təlimlər təşkil olunub.

Layihənin məqsədi kənd turizminin inkişaf potensialı olan ərazilərdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, kəndlərdə yaşayan gəncləri gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların inkişafına yardım göstərmək, kənd turizmi sahəsində maarifləndirmə işlərini həyata keçirməkdir.

Təlimlər zamanı turizm sahəsində təhsil alan tələbələrin köməyi ilə gənclərə kənd turizmi sahəsi üzrə yeni praktiki biliklər və bacarıqlar verilib. Layihəyə kəndlərdə yaşayan gənclərdən əlavə, gənc ailələr, sahibkarlar, fermerlər də iştirak üçün cəlb olunub.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.9.