Lənkərana gələn turistlərin sayı artır

 

 

Respublikamızın digər bölgələri kimi, Lənkəranda da müasir turizm infrastrukturunun qurulması, xidmət səviyyəsinin yaxşılaşdırılması istirahət obyektlərinə üz tutan turistlərin sayının artmasına zəmin yaradır.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun bildirdiyinə görə, artım həm yerli, həm xarici turist sayında müşahidə olunur. Bölgəyə gələn xarici turistlərin arasında Rusiya İran vətəndaşları üstünlük təşkil edir.

Lənkəranın turizm imkanlarının təbliği məqsədilə görülən tədbirlər də müsbət nəticə verir, turistlər üçün mütəmadi olaraq müxtəlif məzmunlu tanıtım bukletləri, digər çap materialları hazırlanaraq yayılır.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.9.