Mirvarid Dilbazi

 

 

Bu dünyanı qafiyə qiyafəsiycə görüb, rübai-bayatı yığcamlığıyca vəsf edib, füzun bir poemayca yaşamış xanım...

 

Soyu-soyadı - bütün səhvləri və səf-səf uğurları ilə milli tariximizin böyük seçkinlərindən olan Nadir şah Əfşar şəcərəsinə, döyüşlərin birində məşhur bir sərkərdənin “Əcəb dilbazəst!” (əcəb cəsur, ürəkli adamdır!) deyə öydüyü bir baba ocağına - Dilbozlar nəslinə mənsub olan bu xanımın ürəyi özününbir tağı olduğu poeziya qədər zərif, sənət timsalında incə-mincə idi...

 

Bütün bədii yaradıcılığı, və dış xatirələr mülkü bəyan edir ki, şairlər yurdu Qazax mahalında doğulmuş bu xanım qəlbcə də təbiət mahiyyətində olub, qələmcə də. Bəzi tənqidçi və ədəbiyyatşünasların qənaətincə, Mirvarid Dilbazi şeirlərində müharibə (1941-45) mövzusu daha geniş yer tutur, daha qabarıq görsənir. Bəndəniz bu fikirlə, olsa-olsa, say-miqdar baxımından razılaşa bilər, mövzuya, fakta münasibət, ürək-qəlb yanğı-yansımı sarıdan isə, əsla! Bunun sübutuna bir neçə nümunəm də var:

 

Qar örtdü bağça-bağları,

Çiçəkli-güllü dağları,

xoş gəlib bu qış, bu qar

Qışın da özgə zövqü var -

Qar altda yatar tarlalar...

 

Yaxud, ahıl yaşlarınadək - doğmalı-yadlı bütün ətrafına, “hal əhli” kriteriyalı oxucularına bir ana təsiri bağışlamış, “ixtiyar yaşdan sonra isə ellər anası yerində görünmüş bu xanımın dillər və könüllər əzbəri bir mahnıdakı sözlərini yada salaq:

 

İlıq küləklər əsdi,

Yaz gəlməyə tələsdi,

Mənim ürəyim əsdi,

Anam yadıma düşdü...

 

Hələ bu xanımın əsl ziyalı sənətkarların nəfs fəlsəfəsinə dair misraları!

 

Süfrəmi sadə görsən,

Utanma nemətlərin

Azlığı-çoxluğundan.

Sənin nə xəbərin var -

Qələm sahiblərinin

Mənəvi toxluğundan...

 

Sayı da, sanbalı da yetərincə olan belə nümunələrdən birini də, müasir media-mod leksikonu seriyasından - “az sonraya saxlayıb, onun kitablarından bir neçəsinin adama mənəvi dad bəxş edən adlarını sadalamaq istəyirəm: Bizim səsimiz”, “İlk bahar”, “Döyüş mahnıları”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələr”, “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, “Çiçəkdən-çiçəyə”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”...

Nəhayət, bu xanıma məxsus “kitabın içindəkilər”dən daha bir nümunə:

 

Dörd divar,

Bir tavan,

Bir döşəmə.

Bir

Ürəyimdə sıxıntı,

Kədər.

Sabahı gözləyən ümidlər...

Sabahım da bu günümə bənzəsə əgər?..

 

Bu xanım belə-belə fikirlər, hikmətlər yazırdı, onu oxuyacağınız halda biləcəyiniz mətləblərdən, duyacağınız duyğulardan bəhs edirdi. O, “başqalarıbarədə o qədər yazdı, o qədər bəhs etdi ki, başladılar onun sözü, özü haqda yazmağa, bəhsi-ərz etməyə.

 

Yazdılar ( yazırıq) ki...

 

Mirvarid Dilbaziuzun, ağlı-qaralı, enişli-yoxuşlu, daşlı-kəsəkli... bir ömür yaşadı”. Uzun”, “enişli-yoxuşluifadələrinə mən şərik. Ağlı-qaralı”, “daşlı-kəsəkliepitetləri isəsöz”. Nədən ki, belə kəlmələri başına buraxsaq, bu xanımın siyasi zillətlərə düçar edilmiş çağdaşlarının ruhi-mənəvi haqlarına toxunmuş olluq...

Oxuduqllarıma ( bir az nisbi, bir az ciddi dəstəklənəsi fikirlərə) görə, Mirvarid xanım ömrünün bir gününü ümidsiz, arzusuz, işıqsız yaşamayıb elə bu əhvalına binaən onun şeirləri günü bu gün oxucularının qəlbinə elə o qəbil əlamət keyfiyyətlər süzür, könüllər feyzləndirir, ruhlar oxşayır, müəllifini unudulmazlıq, həmişədirilik səadətinə qovuşdurur.

Yazırlar ki, Dilbazinin - bir vaxtlar şücaət cəsarətinə görə ünvanınaƏcəb dilbazəst!” deyilən Molla Alı ocağının oğullarından olan, “Şairtəxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyan babası Əbdürrəhman ağa görkəmli maarifçi-alim Firidun bəy KöçərlininAzərbaycan ədəbiyyatıkitabında da böyük milli iftixar hislərilə yad edilir, o nəsildən olan Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında maraqlı məlumatlar verilir. Mirvarid xanım özü 1994-cü ildə çap olunmuşBənövşələr üstə göz yaşlarıxatirələr kitabında o dövran anlarına toxunur: “XIX yüzilliyin axırına qədər nəslimizi ziyalı-mülkədar nəsli təmsil etmişdir. Onların ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidinin oğlanları, qızı bu boşluğu doldursalar da, yenə azlıq edib.

Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən insanlar yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı. Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq, nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi, Rəşid Dilbazi, tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir Xalq artisti - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, “Məhəbbət qocalmır”, “ yasəmənlərpovestlərinin müəllifi Yaqut Dilbazi kimi tanınmış adamlar çıxmışlar”.

1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuş Mirvarid atasını erkən yaşlarından itirib Daş Salahlıda yaşayan babası Mustafa ağanın mülkündə, Damcılı Göyəzən ətəklərində, qədim Qazağın ulu Dilican yaylaqlarında böyüyüb. Sözügedən qədim, ulu elatlar, folklor yazım-yozumlu mühit bu gələcək söz sənətkarının şərhi-bəyanlı bir şəxsiyyət kimi yetişib-formalaşmasında önəmli rol oynayıb. İlk təhsilini Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində alıb. 1920-ci ildə dövrün ziyalı xanımlarından sayılan Mədinə Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya gətirir Mirvarid 1929-cu ildə Ali Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil olur.

O sonralarBizim müəllimlərimizbaşlıqlı xatirələrində yazacaqdı: “Müəllimlərimiz (G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı) namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.

Axşamlar Nəriman Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gələr biz hamımız onların başına toplaşardıq. Doktor bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.

Bir axşam yenə məktəbin çıraqları yandı. Böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci ildə isə onun ölüm xəbərini eşitdik...”

1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi Qubaya göndərilir. İki il Quba Partiya Məktəbində çalışdıqdan sonra Bakıya qayıdır. Şərq qadınıjurnalında ədəbi işçi, Dövlət Muzeyində baş elmi işçi şöbə müdiri işləyir. Daha sonra Moskvada ədəbi kurslarda olur ... salam, sənət!..

Qadınların hüriyyətiadlı ilk (1927), “Zəhra”, “Qurtuluş”, “Qadın başqa şeirləri onu tezliklə məşhurlaşdırır. 1934-cü ildəBizim səsimiz”, ardıncaİlk baharkitabları çap edilir. Böyük Vətən müharibəsi illərində yeddi kitabı nəşr olunan şair dinc illərin başlanğıcındaMəhsəti”, sonralarƏlcəzairli qız”, “Partizan Aliyə" poemalarını qələmə alır. Görkəmli bəstəkarlardan F.Əmirov, T.Quliyev, S.Ələsgərov, Ş.Axundova, A.Rzayeva başqalarının onun sözlərinə yazdıqları mahnı, romans oratoriyalar, xarici dillərə tərcümə olunan əsərləri müəllifin şöhrət coğrafiyasını daha da genişləndirir.

Sovet dövründəŞərəf nişanı”, “Qırmızı əmək bayrağıordenləri, Xalq şairi adı, müstəqil Azərbaycanınİstiqlalordeni bir neçə medalları ilə təltif olunan şair 2001-ci il iyulun 12-də vəfat edib.

 

Tahir Abbaslı

Mədəniyyət.- 2016.- 19 avqust.- S.11.