Kuklalarda yaşayan tarix

 

“Dəfələrlə Azərbaycan Tarixi Muzeyinə getdim, fondlarda saxlanılan milli geyimlərlə tanış oldum. Çox araşdırdım, nəhayət ki, kuklaları düzəldib təhvil verdim. Sonra bu məni özünə çəkdi”

 

Elmira Abbaslı özünəməxsus yaradıcılığı olan sənətkarlarımızdandır. O, ömrünün 30 ildən çoxunu milli kukla yaradıcılığına həsr edib, onlarla miniatür kukla düzəldib. Bunlar onun müəllif kuklalarıdır.

 

Rəssamın yaratdığı kuklaların hər biri bənzərsiz sənət əsəridir. Kukla tamaşalarında kuklaları aktyor dilləndirir, hərəkətə gətirirsə, burada ona gərək yoxdur. Ona görə ki, rəssamın yaratdığı hər kukla tamaşaçı ilə sanki danışır, özlüyündə hansısa hərəkəti icra edir. Rəssam əsəri üçün gərək olan bütün elementləri - geyimlərini, ayaqqabılarını, bəzəklərini özü düzəldir. Burada hazır nələrdənsə istifadə edilmir. Ona görə də bir adamın əlindən çıxdığı üçün bu kuklalar təkrarolunmazdır.

E.Abbaslının əsərləri Rusiya, ABŞ, İngiltərə, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrdə özəl kolleksiyalarda saxlanılır.

Onun yaradıcılığında uşaqlıq xatirələri əsas yer tutur. İçərişəhərlə bağlı xatirələri rəssamın hər bir əsərində başlıca özəllikdir. O xəyallarındakı dünyanı kuklalarında gerçəkləşdirir: “Uşaqlıq illərim İçərişəhərdə keçib. Gözümü açandan nənəmin danışdığı nağılların sehrinə düşmüşəm. Nənəm həm də yaxşı tikmə ustası idi. Mən də uşaqlıqdan onun əlinə baxıb tikməyə başlamışam. Rəsm çəkmək bacarığım da var idi. 1983-cü ildə Azərbaycanda xalça sənəti üzrə beynəlxalq simpozium keçirilirdi. Həmin simpoziuma qatılacaq qonaqlara hədiyyə vermək üçün milli geyimli kuklalar düzəltmək sifarişi aldım. O ana qədər əllə kukla düzəltməmişdim və onların hazırlanması barədə heç bir anlayışım yox idi. Bunun üçün dəfələrlə Azərbaycan Tarixi Muzeyinə getdim, fondlarda saxlanılan milli geyimlərlə yaxından tanış oldum. Çox araşdırdım, elmi kitablar oxudum, nəhayət ki, kuklaları düzəldib təhvil verdim. Sonra bu məni özünə çəkdi, kukla sənətilə ciddi məşğul olmağa başladım. Onu da deyim ki, bundan öncə Bakı Oyuncaqlar Fabrikində rəssam işləmişdim. Müxtəlif kukla modelləri düzəldirdim. Orada həqiqi yaradıcılıqdan söhbət gedə bilməzdi, ona görə ki, kütləvi istehsal tələb olunurdu”.

Beləliklə, 1983-cü ildən Elmira xanım peşəkar kukla yaradıcılığına başlayır. Bir il sonra o, Moskvada keçirilən XII Ümumittifaq Gənclər Festivalında milli geyimli kuklalarla iştirak edir. 1985-ci ildə Bakıda düzənlənən “Dünya və gənclik” adlı müəllimlərin təsviri sənət sərgisində əsəri diploma layiq görülür.

1986-cı il rəssam üçün uğurla yadda qalır, bir neçə yerli və beynəlxalq sərgilərdə iştirak edir: “1986-cı ildə Maltada yeni açılan kukla muzeyində işlərim nümayiş etdirildi, 1987-ci ildə Finlandiyada fərdi sərgim oldu. Bu sərginin təəssüratlarını indiunuda bilmirəm. Hələ indiyə kimi o səviyyədə sərgim olmayıb. 1989-cu ildə Polşanın Krakov şəhərində II Beynəlxalq Folklor Kuklaları Biennalesində bürünc mükafat qazandım. Bundan bir il öncə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edildim. 1989-cu ildəButaMarionet TeatrındaArşın mal alantamaşasını hazırladıq. Tamaşa maraqla qarşılandı. 1994-cü ildə isə Bakıda keçirilən sərgimdə bir adamı əsərlərimi görüb, mənə muzey yaratmağı təklif etdi. Beləliklə, ilk özəl milli kuklalar muzeyini açdıq. Muzey iki il fəaliyyət göstərdi”.

2001-ci il rəssam üçün yeni sərginin açılışı ilə yadda qalıb. Həmin il Rusiyanın Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində fərdi sərgisi keçirilib, əsərləri Moskvadakı Mərkəzi Rəssamlar Evinin qalereyasında nümayiş edilib.

E.Abbaslının maraqlı layihələrindən biri 2010-cu ildəKöhnə Bakı obrazları - İçərişəhər XIX əsradlı kolleksiyanın nümayiş olunmasıdır. Bununla bağlı təşəbbüsİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən gəlmişdi: “İçərişəhər mövzusu mənə çox doğmadır. Ona görə işə başladım 10 aya başa çatdırdım. Obrazları düzgün müəyyənləşdirmək, kiçik əşyaları, qədim çıraqları düzəltmək, parçaları düzgün seçmək gərək idi. Bir sözlə, İçərişəhər bu kolleksiyada öz həqiqi əksini tapmalı idi. İşin başa çatmasından sonra Kiçik karvansarayınİncəsənət bağı”nda kolleksiyanın təqdimatı keçirildi. Sonra həmin işlər Şirvanşahlar sarayında nümayiş olundu”.

Rəssam yaratdığı hər bir obraza özünəməxsus cizgilər verdiyi kimi görkəminə mahiyyətinə uyğun adlar da verir: “Obrazlarım şərti deyil, onlara vaxtilə eşitdiyim, gördüyüm qohumların, şəxslərin adlarını qoyuram. Sanki onları yenidən həyata qaytarıram. ƏsərləriməXan”, “Abdulla bəy”, “Toydan sonra Səkinə xanım”, “Tacir Heybətqulu”, “Zəngin xanım Mənzər”, “Qoçu Həsənbala”, “Faytonçu Qorxmaz”, “Çayçı Tofiq”, “Xanbala”, “Arşınmalçı Bağır”, “Mirzə Abbas”, “Baba Hacıağa”, “Nənə Xanımana başqa adları vermişəm”.

Elmira xanım yaratdıqlarını kukla saymır, onlarıhəcmli təsvirli miniatüradlandırır. Hələ ki, bu məsələni tam konkretləşdirməyib, ancaq yaratdıqlarının yeni bir janr olduğunu söyləyir. O öz əsərlərinin mahiyyətini izah etməyi yaxşı bacarır. Bu, yaradıcı adam üçün yaxşı keyfiyyətdir. Gərək hər bir müəllif öz əsərini izah etməyi bacarsın.

Onun maraqlı əsərlərindən biri dəvə”dir. Rəssam əsər haqqında bunları deyir: “Mənim üçün dəvəhaqqın simvoludur. dəvənin yanındakı balası onun davamçısı anlamındadır. Dəvənin önündə arxasında mistik fiqurlar var. Həmin fiqurlar əbədiyyətin bələdçiləri kimi dəvəni müşayiət edirlər. Aşağıda isə məscidlər, sfinks piramidalar, müxtəlif şəhərlər əks olunub. Dəvə keçdiyi bütün yerləri, sanki, işıqlandırır. Onun belində balaca oğlan var. Oğlanın üzü gerçəkdir, mistik deyil”.

Kukla sənətinin yaşı çoxdur. Deyirlər, bu sənət insanın uşaqlıq dönəminin, xəyal dünyasının ən gözəl tapıntısıdır. İlk kuklalar iki çubuğun xaçvari birləşməsindən düzəldilməklə üstü parçalarla bəzədilən kuklalardır. Elmira xanım isə öz kuklalarını düzəltmək üçün parçadan plastikə qədər yol keçib: “İlk vaxtlar onları parçadan hazırlayırdım. İndi kuklaları plastikdən düzəldirəm. Plastikin imkanları daha genişdir. Kukla hazırlamaq üçün heykəltəraşlığı, rəssamlığı, zərgərliyi, psixologiyanı, həndəsəni bilməlisən. Həm saç ustası, həm modelyer olmalısan. Ən çətin mərhələ obrazın düşüncəmdə hazırlanmasıdır. Sonra düşüncələrimdə yaratdığım kuklanın gerçəkləşdirmə mərhələsi başlayır”.

Rəssamın yaradıcılığında fəlsəfi əsərlər ayrıca yer tutur.Qüvvə verən şəhər”, “Məbədə yol”, “Nur”, “Məhəbbət”, “Şəhrizad”, “Şah”, “Şirvanşahların quşları”, “Qədim şəhərin gözətçiləri”, “Rəqqasəəsərləri bu sıradandır.

Onun obrazları içərisində nağıl qəhrəmanlarına da rast gəlmək mümkündür. Bu obrazlarda rəssam Şərq özəlliklərini ustalıqla verə bilir. Bu baxımdanŞəhrizadəsəri diqqətçəkəndir: “Şəhrizad”ı yaradandan sonra fikirləşdim ki, mütləq şahı da hazırlamalıyam. Beləcə, bir ildən sonraŞahda yarandı. Ayrı-ayrı illərdə düzəltməyimə baxmayaraq, indi ikisi bir kompozisiyadadır”.

E.Abbaslı hər bir əsərində dəqiqliyə ayrıca fikir verir. O, obrazların üzlərini, duruş geyimlərini ustalıqla düzəldir, ən kiçik məqamı diqqətindən yayındırmır. Ona görə rəssamın əsərlərinə baxanda obrazların sanki canlı olduğunu düşünürsən. Bu da onları tamaşaçıya sevdirir, inandırır. Rəssam indi 6 ildən bəri üzərində işlədiyi layihəsini davam etdirir.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 19 avqust.- S.12.