İdeal cəmiyyət uşaqların gözü ilə

 

 

Avqustun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Mən də sənin kimiyəm” adlı sosial layihə həyata keçirilib.

“YARAT” Müasir İncəsənət Mərkəzi, “MuğanBank, “CBC” televiziya kanalı, “İnkişaf Zamanı” Proqramı və Konstitusiya Araşdırmalar Fondunun birgə tərəfdaşlığı ilə reallaşdırılan sosial layihə fiziki qüsurlu uşaqlarla sağlam uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək, onları cəmiyyətə qazandırmaq məqsədilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar görmək istədikləri ideal cəmiyyəti hər hansı bir incəsənət nümunəsi üzərində əks etdiriblər. Hazırlanan nümunələr sərgidə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.4.