Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü münasibətilə tədbir

 

 

Bakıda Mərdəkan qəsəbəsinin Mədəniyyət sarayının qarşısında, açıq havada 26 avqust - Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü münasibətilə konsert proqramı təşkil olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə reallaşan konsertdən əvvəl tamaşaçılara Azərbaycanın xalq musiqisimuğam sənətinin tarixi zənginliyi haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha sübut edir. Konsertdə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib.

Sonda “Xəmsə” muğam qrupunun üzvlərinə müvafiq diplom və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.6.