Nazirlik tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

 

 

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Bu ilin avqust ayı ərzində Bakıda və respublikanın digər şəhər və rayonlarında yerləşən 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

“Chinar Hotel & Spa Naftalan” - (5 ulduz); “El Resort” mehmanxanası - (5 ulduz); “Ayan Palace” mehmanxanası - (5 ulduz); “Kür Hotel” - (4 ulduz); “Ober-Lux” mehmanxanası - (4 ulduz); “Elfaro” mehmanxanası - (4 ulduz); “Atlant” mehmanxanası - (4 ulduz); “AF Hotel” mehmanxanası - (4 ulduz); “Afra Hotel” - (4 ulduz); “Opera Hotel” - (4 ulduz); “Lotos” - (3 ulduz).

Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-yə çatıb.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.9.