Kitabxanada Milli Qəhrəmana həsr olunmuş fotosərgi

 

 

Avqustun 19-da Nərimanov rayon Mərkəzi kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin (1966-1991) anadan olmasının 50 illiyinə həsr olunmuş sərgi açılıb.

Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın keçdiyi ömür yolundan öz vətəninə şərəflə xidmət etməsindən söz açıblar. Sonra Milli Qəhrəmanın döyüş yolunu əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

Sərginin keçirilməsində məqsəd Vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul qızlarımızın vətənpərvərliyini, onların indiki gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Fazil Mehdiyev 1991-ci il sentyabrın 24-də Ağdamın Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.14.