Dünya Şahmat Olimpiadası ilə əlaqədar media tur təşkil olunub

 

 

Avqustun 25-də 42-ci Dünya Şahmat Olimpiadasının keçiriləcəyi “Baku Crystal Halla media tur təşkil olunub. Jurnalistlərə olimpiada barədə məlumat verilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə bildirib ki, yarışlara hazırlıq işləri başa çatmaq üzrədir. Olimpiadanı işıqlandırmaq üçün qeydiyyatdan keçən 248 jurnalistdən 150-si yerli media nümayəndəsidir. Media nümayəndələri üçün üç dildə (Azərbaycan, ingilisrus dillərində) məlumat kitabçası hazırlanıb.

Olimpiada zamanı keçiriləcək şahmat partiyalarının gedişi üç dildə şərh olunacaq. Yarışlar bakuchessolympiad.com saytı vasitəsilə canlı yayımlanacaq.

Yarış zamanı “Baku Crystal Hallda şahmat sərgi salonu tamaşaçıların ixtiyarına veriləcək. Onlar burada qədim şahmat lövhələri və maraqlı fotolarla tanış ola biləcəklər. Zalın ətrafında Azərbaycanın bölgələrini təmsil edən otaqlar fəaliyyət göstərəcək. Burada qonaqlara hər bir regiona məxsus şirniyyatlar təqdim olunacaq.

Xatırladaq ki, Dünya Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 2-də isə “Baku Crystal Hall”da ilk tura start veriləcək. Olimpiadada 180-dən çox ölkə təmsil olunacaq.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.3.