Azərbaycanlı musiqiçinin Parisdə konserti

 

 

Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin ParisinReservoirklubunda konserti olacaq.

Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, həmçinin Fransa, Britaniya, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.

 

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.6.