Tərtərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni bina inşa olunur

 

 

Tərtər rayon mərkəzində Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisinə başlanılıb. Üçmərtəbəli bina şəhərin Heydər Əliyev prospektində inşa edilir. Ümumi sahəsi 1200 kvadratmetr olan binanın zirzəmisinin tikintisi artıq başa çatıb. Hazırda birinci mərtəbədə beton işləri aparılır.

Müasir memarlıq üslubunda inşa olunan muzey binasında tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.7.