Seyfəddin Dağlının 95 illiyi ilə bağlı kitab sərgisi

 

 

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, şair, jurnalist Seyfəddin Dağlının anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə yazıçının əsərləri, redaktoru olduğu kitablar və qəzet, jurnal materialları yer alıb.

Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabları oxucu rəğbəti qazanıb.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.15.