“YARAT dostları” yeni mövsümə başlayır

 

 

Müasir sənətsevərləri bir araya toplayan və YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən “YARAT dostları” (“YARAT Friends”) üzvlük platforması yay tətilinə yekun vuran musiqili tədbir ilə yeni mövsümü açıq elan edib.

Proqram incəsənətə həvəsi olan, onu dəstəkləmək istəyən qrup və fərdlər üçün platformanın üzvü olmaqla yanaşı, tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır.

Tədbirdə “YARAT Friendsüzvlük platformasının rəhbəri Hökümə Kərimova çıxış edərək bildirib ki, layihənin məqsədi platforma üzvlərinin cəmiyyətimizə birlikdə töhfə vermək və müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “YARAT Friends” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan platformadır, məqsədi müasir incəsənət anlayışının daha da geniş müstəviyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdan ibarətdir. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus “İncəsənətlə səyahət” proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.6.