Dünya bir boşqabda

 

 

Cənubi Afrika Respublikasında nəşr olunan kitabda Azərbaycan mətbəx nümunələri barədə də məlumat verilib

 

Cənubi Afrika Respublikasında (CAR) akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət “International Diplomatic Spouses Associationun təşəbbüsü ilə “Dünya bir boşqabda” adlı kitab nəşr edilib. CAR-dakı səfirliyimizin təşəbbüsü və dəstəyi ilə kitaba Azərbaycan mətbəxinin ləziz nümunələri barədə də məlumatlar daxil edilib.

Səfirlikdən verilən məlumata görə, kitabın təqdimat mərasimində ölkəmizlə bağlı stend qurulub. Stenddə Azərbaycanın mədəniyyəti, təbiəti, tarixiturizm imkanlarına dair məlumatlar yer alıb.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.7.