YARAT Film klubundaHədiyyə”nin nümayişi

 

 

Avqustun 30-da YARAT Film klubuHədiyyəadlı ekran əsərini kinosevərlərə təqdim edib. Dram janrında olan filmin rejissoru Emin Əfəndiyevdir. Ekran əsəri yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Gənclər özlərini cəmiyyətdə hələ tapmayıblar. Buna baxmayaraq, onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.

Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Baş rollarda Xalq artisti Şamil Süleymanlı, aktyorlar Qorqud Cəfərli və İlahə Həsənova çəkiliblər. Azərbaycan dilində nümayiş olunan ekran əsərinin xronometrajı 30 dəqiqədir.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.10.