Kitabxana layihələri mütaliənin təbliğində mühüm rol oynayır

 

Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən müxtəlif tədbirlər keçirilir

 

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsinə qoşulan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) tərəfindən müxtəlif tədbirlər keçirilir. Layihənin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək və insanların mütaliəyə marağını artırmaqdır. Yerlərdə təşkil olunanyay məktəbləri” də mütaliənin təbliğində mühüm rol oynayır.

 

Kürdəmir rayon MKS-nin təşkilatçılığı ilə şəhərdəki Heydər parkında, Qələbə parkında “Açıq kitabxana” layihəsi üzrə silsilə tədbirlər keçirilib.

Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev tədbiri açaraq layihənin məqsəd və məramından söz açıb.

MKS-nin direktoru Şahalı Şıxəliyev, Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlu, rayon “Gənc mdəniyyət işçilərinin koordinasiya kreativ qrupunun rəhbəri Xəyyam Məlikov əhalinin asudə vaxtının səmərəli təşkili, mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə keçirilən tədbiri yüksək qiymətləndiriblər. Tədbirdə oxuculara 400 nüsxəyə yaxın ədəbiyyat təqdim olunub.

 

* * *

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində təşkil edilmişyay məktəbi”ndə yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “İki alma”, “Buz”, “Quzu”, “Saqqallı uşaq”, “Ucuzluq” hekayələri üzrə müzakirə saatı keçirilib. Həmçinin uşaq bağçalarında kitabxana əməkdaşları tərəfindən “Biri vardı, biri yoxdu”, “Yay+kitab=mən” adlı əyləncəli tədbirlər təşkil olunub.

Kitabxananın qarşısındakı parkda hazırlanan “Kitabxana ilə istirahət” adlı tədbir də sakinlərin, nağıl qəhrəmanlarının personajları ilə bəzədilən plakatlar xüsusilə azyaşlıların marağına səbəb olub.

 

* * *

Salyan rayon MKS tərəfindən Heydər Əliyev parkında sərgi təşkil olunub. Sərgidə "Azərbaycan tarixi", "Uşaq ədəbiyyatı", "Yeni kitablar", "Salyan yazarları", "Şəhidlər ölməz, vətən bölünməz" və s. başlıqlar altında kitablar nümayiş etdirilib. Oxuculara açıq havada kitabları oxumaqkitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. Təşəbbüs sakinlər tərəfindən maraqla qarşılanıb.

 

* * *

Lənkəran şəhər MKS-nin təşkilatçılığı ilə N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. Hərbi hissədə səyyar kitabxana xidməti təşkil olunub. Sərgidə 70 adda kitab təqdim edilib. Hərbi hissənin rəhbərliyi kitabxananın əməkdaşlarını ulu öndər Heydər Əliyevə həsr olunmuş muzey guşəsi, akt zalı və kitabxana ilə tanış ediblər, təlimlər haqqında slaydlar nümayiş etdirilib.

 

* * *

Biləsuvar rayon Mərkəzi kitabxanası Heydər Əliyev parkında açıq kitabxana xidməti təşkil edib. Həmçinin rayon ərazisində yerləşən və Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni hamiliyə götürülən sərhəd bölmələrində musiqili tədbirlər keçirilib. Bədii özfəaliyyət kollektivləri tərəfindən sərhədçilər qarşısında konsert proqramı təqdim olunub, məktəbli və gənclərin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

* * *

Astara rayon Mərkəzi kitabxanası və Uşaq şöbəsinin təşkilatçılığı ilə “yay məktəbi” çərçivəsində Heydər Əliyev adına parkda “mütaliə saatı” keçirilib.

Sərgilərdə Azərbaycan folklor nümunələrinə dair kitablareyni zamanda ingilis dilində uşaq nəşrləri təqdim edilib. Uşaq şöbəsinin işçisi Aysel Əhmədova nümayiş olunan kitablar haqqında oxuculara məlumat verib. Tədbir sakinlər tərəfindən maraqla qarşılanıb, onlar təşkilatçılara minnətdarlıq ediblər.

 

* * *

Oğuz rayon MKS-nin təşkilatçılığı ilə istirahət parkında “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Oğuz yazarları”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan turizm diyarıdır” və s. mövzularda kitab sərgiləri təqdim edilib. Sərgidə ümumilikdə min nüsxə kitab, jurnal, buklet və digər təbliğat vasitələri nümayiş olunub.

 

* * *

Balakən rayon Mərkəzi kitabxanası Heydər Əliyev parkında “Açıq kitabxana” layihəsi çərçivəsində səyyar kitabxana xidməti və kitab sərgisi təşkil edib. 250-dən çox kitabın nümayiş olunduğuYeni kitablar”, “Azərbaycan tolerant ölkədir”, “Nağıllar aləminə səyahət” və s. başlıqlı sərgilər sakinlər tərəfindən maraqla qarşılanıb və onlar kitabxanaya üzv yazılıblar.

 

* * *

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Kitabxanaların ictimai həyatda rolumövzusunda oxucu konfransı keçirilib. Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova, təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşid Kazımov, Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı məktəbin müəllimi Gülçöhrə Hüseynova, Ağdam köçkün məktəbinin müəllimi Tural Bəhramov, fəal oxucu Nəsibə Kərimova kitabların insan həyatında rolundan danışıblar.

 

* * *

Şirvan şəhər MKS-nin 3 saylı filialının işçiləri təqaüdçülər bağında ahıllara, Mərkəzi kitabxananın işçiləri 9 saylı orta məktəbdə müəllim və şagirdlərə, Mərkəzi şəhər xəstəxanasında tibbi heyətə və xəstələrə, “Təranə” və “Yasəmən” uşaq bağçalarında tərbiyəçilərə və məktəbəqədər uşaqlara, fiziki məhdudiyyətli insanlara evlərdə səyyar kitabxana xidməti göstəriblər.

 

* * *

Gədəbəy rayon MKS tərəfindən də rayona gələn turistlərin, yerli əhalinin asudə vaxtlarının maraqlı keçməsi və uşaqların kitaba, mütaliəyə marağını artırmaq məqsədilə silsilə tədbirlər təşkil edilir. Yay məktəbi, səyyar kitabxana xidməti, “mütaliə həftəsi” kimi tədbirlər bu qəbildəndir. Növbəti belə tədbir avqustun 26-da Heydər Əliyev adına parkda keçirilib.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.11.