“Cənnətdən gələn məktublar” kitabının təqdimatı

 

 

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Şabran şəhər Xaqani adına Poeziya evinin direktoru, şairə Aybəniz Əliyarlının “Cənnətdən gələn məktublar” kitabının təqdimatı keçirilib.

Ə.Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova, şairlər Əşrəf Şəfiyev, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ofelya Babayeva və digərləri çıxış edərək müəllifi yeni kitabı münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Sonda Aybəniz Əliyarlı çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib, şeirlərini oxuyub.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.11.