Qalereyanın fondunda 58 əsər qorunur

 

 

Saatlı Dövlət Rəsm Qalereyası 1992-ci ildən fəaliyyət göstərir. Müəssisənin direktoru Südabə Vəliyeva bildirir ki, 2012-ci ildə ölkə başçısı İlham Əliyev bölgəyə səfəri zamanı qalereyanın yeni binasının açılışında iştirak edib. Qalereyada rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və foto sərgiləri, yaradıcı insanlarla görüşlər keçirilir.

Hazırda qalereyada sərgi zalı, fond otağı, konfrans zalı fəaliyyət göstərir. Fondda 58 sayda eksponat qorunur. Burada gürcü kökənli Beno Camalaşvilinin çəkdiyi görkəmli Azərbaycan şəxsiyyətlərinin portretləri, rəssamlarımızdan Fikrət Bağırov, Həmzə Sadıqov, Vüqar Nuriyev, Ənvər Əliyev, Əyyub Hüseynov, Sabir Salahov və başqalarının əsərləri nümayiş olunur.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 31 avqust.- S.13.