Bəstəkar və pedaqoq Adilə Yusifovanın yubileyi qeyd edilib

 

Dekabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə KameraOrqan Musiqisi Zalında bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Adilə Yusifovanın yubiley gecəsi keçirildi. Tədbirdə yubilyarın Mən bu dünyaya mübarizə üçün gəlmişəm kitabının təqdimatı da oldu.

Tədbiri giriş sözü ilə Fikrət Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Aytən Manafova açaraq yubilyarın ömür yolundan danışdı. Qeyd etdi ki, A.Yusifova Bakı Musiqi Akademiyasının Bəstəkarlıq şöbəsində professor C.Hacıyevin sinfində təhsil alıb. Təhsilini uğurla başa vurduqdan sonra A.Zeynallı adına Bakı Musiqi Texnikumunda dərs deyib. Sonra Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim işləyib, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. 1992-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova isə yubilyarın zəngin yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, Adilə Yusifova müxtəlif janrlarda əsərlər bəstələyib. Tarpiano üçün Alov fantaziyası, violin, violonçel, fleytapiano üçün Qadın obrazlarının siluetləri, Sehrli sandıq uşaq tamaşası və s. əsərləri musiqisevərlər tərəfindən maraqla qarşılanıb. O, həmçinin dərs vəsaiti və kitabların müəllifidir.

Əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və başqaları çıxış edərək Adilə Yusifovanın Mən bu dünyaya mübarizə üçün gəlmişəm kitabından bəhs etdilər, müəllifə yaradıcılıq uğurları arzu etdilər.

Çıxışlardan sonra söz musiqiyə verildi. C.Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin Renessans xorunun F.Əmirov adına 6 saylı Uşaq incəsənət məktəbinin Odlar Yurdu rəqs kollektivinin ifasında bəstəkarın B.Vahabzadənin İ.Tapdığın sözlərinə yazdığı Yaz nağılı kantatası, Əməkdar artistlər Rəsmiyyə Babayeva, Səidə Tağızadə başqalarının ifasında Freska, İki səs, Xəyallarımdakı şəhər... əsərləri ifa olundu.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına qonaqlara təşəkkürünü bildirdi.

Savalan Fərəcov

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.2.