Sankt-Peterburqda beynəlxalq mədəniyyət forumu

 

 

 

   Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir

  

   Dekabrın 1-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunun açılış mərasimi keçirilib. Forumda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

   3 dekabr tarixinədək davam edəcək tədbir çərçivəsində plenar iclaslar, dəyirmi masalarkino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə ustad dərslərinin keçirilməsi planlaşdırılır.

   Forumun mədəni proqram çərçivəsində iştirakçılarının Sankt-Peterburqdakı ErmitajRus muzeyləri, MariinskiMixaylovski teatrları, Boris Eyfmanın Balet teatrı ilə tanışlığı, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

   Forumda mədəniyyət nazirləri, diplomatik missiyaların başçıları, Rusiyanın aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət xadimləri, beynəlxalq mədəni əməkdaşlıq sahəsində mütəxəssislər iştirak edir.

   Qeyd edək ki, forumun ikinci günü (2 dekabr) Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyiRusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Müqavilə imzalanması nəzərdə tutulur.

 

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.4.