Bəstəkarlar İttifaqında Tofiq Bakıxanovun əsərləri səsləndirilib

 

 

   Noyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun müəllif konserti keçirilib.

   Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Tofiq Bakıxanovun həyat və yaradıcılığından söhbət açıb. O, bəstəkarın musiqinin bütün janrlarında əsərlər yazdığını bildirib.

   Tofiq Bakıxanov yaradıcılığının böyük hissəsini kamera instrumental əsərlər təşkil etdiyini söyləyən Zemfira Qafarova deyib ki, bəstəkar bu janrda yaddaqalan əsərlər yaradıb.

   Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında bəstəkarın bir sıra əsərləri dinlənilib.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.6.