Kür sahilindəki kukla teatrında yeni tamaşa

 

Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivi bu ilin ötən dövrü ərzində Çingiz Ələsgərlinin Yabançı dostlar, Əli Səmədlinin Artıq tamah baş yarar, Ağaxan Salmanlının Huşlu dovşan saxta həkim, Təzahür Mehdiyevin Xoş gəlmisən, Yeni il əsərləri əsasında tamaşalar hazırlayaraq balacalar qarşısında çıxış edib. Səhnə əsərlərinə teatrın baş rejissoru Rafiq Mirzə quruluş verib.

Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, hazırda teatrın kollektivi Süleyman və Həmidiyyə Ləpitovların Kral və əks-səda əsəri əsasında tamaşa hazırlayır. Artıq məşqlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə tamaşa Salyan və ətraf rayonlarda balacalara nümayiş etdiriləcək.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.7.