Azərbaycanlı caz pianoçusunun İsveçrədə silsilə konsertləri

 

 

 

   Ölkəmizin İsveçrədəki səfirliyinin və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə noyabrın 29-da Bern şəhərində dünyada yeganə caz mehmanxanası sayılan “İnnere EngeninMarians Jazzroomkonsert zalında tanınmış caz pianoçumuz Əminə Fiqarovanın ifasında Azərbaycan caz axşamı təşkil edilib.

   Səfirlikdən bildiriblər ki, ifaçımızın təqdim etdiyi iki müxtəlif caz konserti sürəkli alqışlarla qarşılanıb.

   Gecədə tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu da təqdim edilib. İştirakçılara Azərbaycanın mədəniyyət və turizm potensialını əks etdirən kitab və broşürlər, “Gəncə Avropanın Gənclər Paytaxtı-2016”ya aid müxtəlif kitabçalar və məlumatlar, o cümlədən musiqi diskləri təqdim olunub.

   Caz pianoçusu Əminə Fiqarovanın ifasında silsilə konsert proqramları dekabrın 3-dək hər axşam iki konsert olmaqla Bern şəhərində, dekabrın 6-da isə Sürix şəhərindəki “Vidder” mehmanxanasının caz salonunda davam edəcək.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.8.