Dünya şöhrətli muğam ifaçısı ABŞ və Avstraliyaya qastrola hazırlaşır

 

 

 

   Xalq artisti Alim Qasımov və qızı - Əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

   İlk olaraq sənətçilərimiz ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Qastrol səfəri yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. Konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.

   Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. Alim Qasımov və Fərqanə Qasımova burada yanvarın 21-22-də çıxış edəcəklər.

   Bu günlərdə isə Alim Qasımov və Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Əhməd Adnan Sayqun adına Mədəniyyət mərkəzində təşkil olunan konsert "Birinci İzmir festivalı" mədəniyyət layihəsi çərçivəsində keçirilib. Hakan Şensoyun dirijorluğuorkestrin müşayiəti ilə məşhur muğam ustalarımızın ifaları hərarətli alqışlarla qarşılanıb.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.8.