Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans

 

 

 

   Noyabrın 29-da Mingəçevir Turizm Kollecində “Azərbaycan turizm diyarıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda giriş nitqi söyləyən kollecin direktoru Əyyub Əyyubov turizm fənni müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirib, bu sahədə araşdırılmalı çoxlu aktual mövzunun olduğunu bildirib. Kollecin müəllimlərindən Aynurə Abbasova, Aydın Rəhimov, Elşad Səmədov, İqbal Xuduyev, Bəhruz Kərimov və Vüqar Nağıyev ölkədaxili turizm marşrutları haqqında məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.9.