Xırdalan şəhərinin 10 yaşı tamam olub

 

 

Xırdalana şəhər statusu verilməsindən 10 il ötür. Bu münasibətlə şəhərdəki Mədəniyyət mərkəzində keçirilən yubiley tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, qonaqlar, eləcə Abşeron rayonuna 10 il rəhbərlik etmiş, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgidə, həmçinin rayonun keramika ustalarının, xalçaçıların, incəsənət məktəbi yetirmələrinin əl işləri, rəsm əsərləri nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Xırdalanın tarixindən söz açılıb, XX əsrin əvvəllərində kənd, sovet dövründə isə şəhər tipli qəsəbə olan Xırdalana Prezident İlham Əliyevin 2006-cı il 29 noyabr tarixli sərəncamına əsasən şəhər statusu verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, şəhərdə sənaye müəssisələri, Mərkəzi xəstəxana poliklinika, Mədəniyyət mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, kitabxanalar, şahmat musiqi məktəbləri, Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Şəhərin inkişafı, aparılan tikinti-quruculuq işləri ölkə başçısının diqqət qayğısının nəticəsidir.

Xırdalanın sosial-iqtisadi mədəni həyatında fərqlənənlərə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.11.